Qarabağ kəndləri
Çox asan
Zaman limiti 1 saniyə-dir
Yaddaş məhdudiyyəti 128 meqabayt
Qarabağda çoxlu kəndlər var. Bu kəndlərin bəzilərinin adları eynidir. Məsələn “Əbdürrəhmanlı” adında bir çox kəndə rast gələ bilərsiniz. Sizə Qarabağdakı kəndlərin siyahısı verilir və daha sonra sorğular soruşulur. Hər bir sorğuda bir kənd adı verilir. Qarabağda bu adda neçə kənd olduğunu tapmalısınız.
Sadəlik üçün kəndlərin adları ədədlərlə əvəz edilmişdir.
Giriş verilənləri
Birinci sətirdə iki tam ədəd **n** (**1** ≤ **n** ≤ '10^5') və **q** (**1** ≤ **q** ≤ '10^4') – Qarabağdakı kəndlərin və sorğuların sayı verilir.
İkinci sətirdə **n** sayda tam ədəd — kəndlərin adları verilir. Növbəti **q** sayda sətrin hər birində bir tam ədəd **x** – sayı soruşulan kənd adı verilir.
Çıxış verilənləri
Çıxışa hər bir sorğu üçün, siyahıdakı eyni adlı kəndlərin sayını yeni sətirdən verin.
Nümunələr
Giriş #1
Çıxış #1
Təqdimatlar 2K
Qəbul dərəcəsi 57%