Server
Amin və Murad "Minecraft" serveri yaratmağa qərar verdilər. Onlar öz möhtəşəm açılış mərasiminə qatılmaq üçün qonaq dəvət etdilər. Dəvət edilən qonaqlar müxtəlif şəhərlərdə yaşayırlar və hər birinin serverə qoşulması müəyyən (yaşadığı şəhərdən asılı olaraq) gecikmə (ping) ilə olacaq. Amin və Murad bu problemi öncədən gördülər və server üçün ən optimal yeri tapmaq qərarına gəldilər.
-dən -ə ədədlərlə nömrələnmiş sayda şəhər və bu şəhərlər arasında sayda qoşa-istiqamətli ötürmə kanalı var. Serverə yalnız bu kanallar vasitəsilə qoşulmaq mümkündür. İstənilən iki şəhər arasında bu kanallar vasitəsilə əlaqə yaratmaq mümkündür. Hər hansı iki şəhəri birbaşa birləşdirən ən çoxu bir kanal ola bilər və heç bir şəhəri özü ilə birləşdirən kanal yoxdur. Hər bir ötürmə kanalının gecikmə zamanı verilir. Beləliklə, hər hansı bir şəhərdən serverə qoşulmanın gecikmə zamanı bu şəhərlə serveri birləşdirən yollardan gecikmə zamanlarının cəmi ən kiçik olanına bərabərdir.
Amin və Murad server üçün elə şəhər seçmək istəyirlər ki, serverə qoşularkən bütün qonaqların gecikmə zamanlarının cəmi mümkün qədər kiçik olsun. Əgər server hər hansı qonağın yaşadığı şəhərdə qurularsa, həmin qonağın serverə qoşulmasında gecikmə zamanı -a bərabərdir.
Əgər bütün qonaqların toplam gecikmə zamanlarının cəmi ən kiçik olan bir neçə şəhər olarsa, Amin və Murad bu şəhərlərdən nömrəsi ən kiçik olanını seçəcək. Amin və Muradın server üçün seçəcəyi şəhəri və bu serverə qoşularkən bütün qonaqların gecikmə zamanlarının cəmini tapın.
Giriş verilənləri
Birinci sətirdə üç tam ədəd — şəhərlərin, ötürmə kanallarının və qonaqların sayı verilir.
İkinci sətirdə sayda müxtəlif ədəd — qonaqların yaşadıqları şəhərlər verilir. Növbəti sətrin hər birində üç tam ədəd verilir. Bu o deməkdir ki, və şəhərləri arasında gecikmə zamanı olan qoşa-istiqamətli ötürmə kanalı mövcuddur.
Çıxış verilənləri
Çıxışa iki tam ədəd — serverin qurulacağı şəhərin nömrəsi və bu serverə qoşularkən bütün qonaqların gecikmə zamanlarının cəmini verin.