Domino
Domino ilə müxtəlif əyləncələr düzəltmək olar. Uşaqlar onları yan-yana qoymaqla sıraya düzməyi xoşlayırlar. Əgər bir domino yıxılarsa onda bir-birinə toxunaraq zəncirvarı yıxılma prosesi davam edir. Bəzən isə məsafə elə qoyulur ki, proses dayanır və onu davam etdirmək üçün əllə müdaxiləyə ehtiyac olur.
Verilmiş düzülüşə görə, bütün dominoların yıxılması üçün tələb olunan ən az müdaxilə sayını tapmaq tələb olunur.
Giriş verilənləri
Birinci sətirdə, hər biri 10^5
-dən böyük olmayan iki ədəd yazılır. Birincisi n - domino daşlarının sayı, digəri isə m - bu testə görə sonrakı sətirlərin sayıdır. Domino daşları 1-dən n-ə qədər nömrələnmişdir və hər sonrakı sətirdə bir cüt x və y ədədi yazılmışdır. Bu isə x-ci daş yıxılarsa y-ci daşı vurur kimi başa düşülür.
Çıxış verilənləri
Bütün dominoların yıxılması üçün tələb olunan ən az müdaxilə sayını verməli.