Kart oyunu
İndoneziyadan Azərbaycana qayıdarkən, Doha hava limanında növbəti uçuşu gözləyən Səid, Ömər, Fidan və Fuad vaxtlarını "səmərəli" keçirmək məqsədilə kart oynamaq qərarına gəldilər.
Dördlü standart 13 müxtəlif dəyərdə (A, K, Q, J, 10, 9, 8, 7, 6, 5, 4, 3 və 2) və 4 müxtəlif növdə (♠, ♣, ♥, ♦) 52 kartlı dəstə ilə oynayır. Hər oyunçuya 13 kart paylanır. Hər bir oyunçunun kartlarının toplam xalı aşağıdakı kimi hesablanır:
hər bir "ace" (A) 4 xal,
hər bir "king" (K) 3 xal,
hər bir "queen" (Q) 2 xal,
hər bir "jack" (J) 1 xal,
digər kartlar isə (bu məsələdə onları X ilə işarə edəcəyik) 0 xal sayılır.
Fuad bu oyunu yeni öyrəndiyi üçün, öncə xalları saymağı məşq etdi. Belə ki, n dəfə kart paylandı və Fuad hər dəfəsində öz kartlarının xallarını hesabladı. Sonda isə bütün bu xalları topladı.
İndi o bilmək istəyir ki, xalların cəmini düz hesablayıb ya yox. Bu işdə ona kömək edəcək proqram yazın.
Giriş verilənləri
Birinci sətirdə n (1 ≤ n ≤ 10000) tam ədədi verilir. Növbəti n sətrin hər birində uzunluğu 13 olan və yalnız 'A', 'K', 'Q', 'J', 'X' simvollarından ibarət bir sətir - hər oyunda Fuada paylanan kartlar verilir.
Çıxış verilənləri
Çıxışa məsələdə tələb olunan cəmi verin.