Gizli parol
Xizri illər əvvəl eolymp platformasında hesab yaratdıqdan sonra parolunu unutmamaq üçün onu qeyd etmək qərarına gəldi. Lakin, başqaları onun parolunu ələ keçirə bilməsinlər deyə, o parolundakı tək yerdə duran simvolları bir yerə, cüt yerdə duran simvolları isə başqa bir yerə qeyd etdi.
Nəhayət bu gün siz bu qeydləri tapdınız və indi Xizrinin parolunu ələ keçirmək zamanıdır.
Sizə t və c sətirləri verilir. t sətri tək yerdə duran simvollardan, c sətri isə cüt yerdə duran simvollardan ibarətdir. Hər iki sətirdə simvollar Xizrinin parolundakı simvolların sırasına uyğun sırada verilmişdir.
Giriş verilənləri
Girişin birinci sətrində t, ikinci sətrində isə c verilir.
1 ≤ |t|, |c| ≤ 50,
|t| − |c| = 0 və ya 1;
t və c sətirləri yalnız kiçik ingilis hərflərindən ('a' ... 'z') ibarətdir.
Qeyd: Burada |s|, s sətrinin uzunluğu deməkdir.
Çıxış verilənləri
Çıxışa Xizrinin parolunu verin.