"Çeşidləmə" stansiyası
Çeşidləmə dəmiryol stansiyasında yolda olan n yük vaqonundan qatar düzəltmək lazımdır. Bütün vaqonlar eyni uzunluqdadırlar, lakin onlara müxtəlif yüklər yüklənib, buna görə də vaqonlar müxtəlif çəkidədirlər. Çeşidləmə dəmiryol stansiyasının işçiləri vaqonları çəkilərinə görə artma ardıçıllığında düzməlidirlər və bundan sonra onları yola salmaq olar.
Adətən bu məqsədlə manevr parovozu və ya elektrovozu istifadə edilir, lakin bu stansiyada voqonları çeşidləmək üçün eksperimental qurğu sınaqdan keçirilir. Ehtimal edilir ki, bu qatarın formalaşdırılmasına sərf edilən zamanı kifayət qədər azaldacaq.
Bu qurğu hava yastığında vaqonların üzərində hərəkət etdirilir, onun uzunluğu iki vaqonun uzunluğundan bir qədər çoxdur. O iki qonşu vaqonun üzərində asılı qala bilir, onların hər ikisini havaya qaldırıb yerlərini dəyişdirə bilir. Lakin qurğunun yükgötürmə qabiliyyəti məhduddur: bu əməliyyatı qurğu yalnız iki vaqonun ümumi çəkisinin M qiymətini aşmadıqda yerinə yetirə bilir.
Sizin vəzifəniz, elə proqram yazmalısınız ki, eksperimental qurğu vasitəsilə yolda olan vaqonları çeşidləmək üçün onları tələb olunan ardıcıllıqda düzmək mümkün olsun.
Giriş verilənləri
İlk sətirdə vaqonların n (2 ≤ n ≤ 100000) sayı və eksperimental qurğunun M (2 ≤ M ≤ 10^9
) yükgötürmə qabiliyyəti verilir. İkinci sətirdə vaqonların çəkisi verilir: m[1]
, m[2]
, ..., m[n]
(bu çəkilərin qiymətləri növbəti şərti ödəyir: 1 ≤ m[i]
≤ 10^9
, bundan başqa qonşu vaqonların çəkisi fərqlənir). Vaqonların çəkisi onların yolda olduqları ardıcıllıqda verilir.
Çıxış verilənləri
Vaqonları çeşidləmək üçün eksperimental qurğu vasitəsilə onları tələb olunan ardıcıllıqda düzmək mümkündürsə, Yes, əks halda No verməli.