Falçı
Vasya bu ilin müvəffəqiyyətlə keçməsi üçün nə qədər yaxşı iş görməli olduğunu öyrənmək məqsədi ilə falçıya gəldi. Falçı ona N tam ədəd ehtiva edən siyahı verdi və söylədi ki, onun etməli olacağı yaxşı işlərin sayı bu siyahıdakı elə bir ədədə uyğundur ki, bu ədədin rəqəmlərinin hasili sehirli K ədədinə yaxın olsun. Vasya falçıya inandı və Sizdən ona kömək etməyinizi xahiş edir. Sizə falçının Vasyaya verdiyi siyahıda olan ədədlər və K ədədi verilir. Bu siyahıda elə ədəd tapın ki, onun rəqəmlərinin hasili maksimum K-ya yaxın olsun. Əgər belə ədədlər bir neçədirsə, onlardan siyahıda birinci gələni verin.
Giriş verilənləri
Giriş faylının ilk sətrində iki natural ədəd: siyahıdakı ədədlərin sayını ifadə edən N (N ≤ 1000) və sehirli K (K ≤ 10000) ədədi verilir. İkinci sətirdə hər biri 1-dən 10000-ə qədər intervalda yerləşən N sayda natural ədəd verilir.
Çıxış verilənləri
Çıxış faylına siyahıdakı lazım olan ədədi verin.