Bayram
Bir firma bayramların keyfiyyətli təşkili bacarığı ilə şöhrətlənmişdi. Sifarişlər çox olan vaxtlarda firmanın işçiləri vaxt azlığını açıq hiss edirdilər və qərara alındı ki, öz xidmətlərinin qiymətini qaldırsınlar: sifarişlər nə qədər təcili idisə, onun qiyməti də o qədər yuxarı olmalı idi. Bunun üçün onlara lazım gəldi ki, internet vasitəsi ilə sifarişlərin daxil olma vaxtı ilə bayram günü arasında iş günlərinin sayını təcili müəyyənləşdirsinlər.
Firmanın belə bir hesablamalar aparması üçün proqram tərtib edin. Hesab edin ki, firmanın işçiləri bir istirahət gününə-bazar gününə malikdirlər. İstirahət gününə düşməyən bayram günlərində isə işləyirlər. Bayram gününün özü isə sifarişlərin daxil olduğu günlərdən fərqli olaraq (bu gün istirahət günü deyilsə) ona qədər olan iş günlərinin sırasına aid edilmir.
Giriş verilənləri
Birinci sətirdə aralarında boşluq işarəsi olmaqla bayram gününü müəyyənləşdirən üç tam ədəd: D, M, Y verilir. Burada Y -il (1980 ≤ Y ≤ 2020), M - ay (1 ≤ M ≤ 12), D isə M ayının günüdür.
İkinci sətirdə aralarında boşluq işarəsi olmaqla sifarişlərin daxil olma tarixini müəyyənləşdirən üç tam ədəd: d, m, y verilir. Burada y-il (1980 ≤ y ≤ 2020), m - ay (1 ≤ m ≤ 12), d isə m ayının günüdür.
Bayram günlərinin həmişə sifarişlərin daxil olma tarixindən sonra gəlməsinə təminat verilir.
Çıxış verilənləri
Birinci sətirdə bir tam ədəd- axtarılan iş günlərinin sayı verilir.