Robotlar
Bəzi zavodlarda istehsalatı müasirləşdirməyi qərara aldılar və bunun üçün robotlar aldılar. Detalların düzəldilməsi üçün iki əməliyyatın icrası tələb olunduğundan robotlar da iki tip idi: birinci əməliyyatı A tip robotlar, ikincini isə B tip robotlar icra edirdilər. Robotların alınmasında pula qənaət etmək üçün qərara aldılar ki, sonuncu model robotlardan deyil, artıq istifadədə olanlardan alınsın. Yekunda eyni əməliyyatın icrasına müxtəlif robotların sərf etdiyi vaxt xeyli fərqləndiyindən bu, işlərin planlaşdırılmasında çətinliklərə gətirdi.
Verilmiş hər iki tipdən olan robotlar dəstinə görə müəyyən sayda detalın düzəldilməsi üçün sərf olunan ən az müddəti müəyyənləşdirən proqramı tərtib edin.
Giriş verilənləri
Birinci sətirdə hazırlanması zəruri olan detalların sayı olan natural N, 1 ≤ N ≤ 100000 ədədi yerləşir.
İkinci sətirdə birinci əməliyyatı icra edən robotların sayı olan natural Na, 1 ≤ Na ≤ 1000 ədədi yerləşir.
Üçüncü sətirdə aralarında boşluq işarəsi olmaqla i-ci A tip robotun əməliyyata sərf etdiyi vaxt olan Na sayda natural A_i, 1 ≤ A_i ≤ 100 ədədləri yerləşir.
Dördüncü sətirdə ikinci əməliyyatı icra edən robotların sayı olan natural Nb, 1 ≤ Nb ≤ 1000 ədədi yerləşir.
Beşinci sətirdə aralarında boşluq işarəsi olmaqla i-ci B tip robotun əməliyyata sərf etdiyi vaxt olan Nb sayda natural B_i, 1 ≤ B_i ≤ 100 ədədləri yerləşir.
Çıxış verilənləri
Bir sətirdə bir tam ədəd - bütün N sayda detalın əvvəlcə A tip robot, sonra isə B tip robotun düzəltməsi üçün sərf olunan vaxt verilir. Detalın A tip robotdan B tip robota ötürülməsi vaxtını nəzərə almamalı.