Parçaların kəsişməsi
İki AB və CD parçaları verilir. Bu parçaların nə qədər nöqtədə kəsişdiyini təyin edin.
Giriş verilənləri
Proqram girişdə mütləq qiymətcə 10^4-ü aşmayan A, B, C, D nöqtələrinin koordinatlarını ifadə edən 8 tam ədədi qəbul edir. Nöqtələr üst-üstə düşə bilər. (həmçinin bir parçanın uc nöqtələri də üst-üstə düşə bilər).
Çıxış verilənləri
Əgər verilmiş parçalar kəsişmirsə, onda Empty sətrini verin. Əgər parçalar bir nöqtədə kəsişirsə, onda iki ədədi - kəsişmə nöqtəsinin koordinatlarını verin. Əkər kəsişmə parça olarsa, onda dörd ədəd - parşanın iki uc nöqtəsinin koordinatlarını leksikoqrafik ardıcıllıqda verin (yəni, əvvəlcə x koordinatı kiçik olan nöqtəni, əgər onların x koordinatları bərabər olarsa, onda y koordinatı kiçik olanı vermək lazımdır). Bütün ədədlərı onluq nöqtədən sonra 6 işarə dəqiqliyi ilə vermək lazımdır.