Silsilələr
Proqreslandiya ölkəsinin əhalisi öz dahi başçılarının “Böyük silsilə-fərqli və yaxşıdır” şüarını həddindən artıq hərfi mənada başa düşürdülər və onlar nə qədər silsilə düşünüb tapa bilməklərini hesablamağı qərara aldılar.
Bizim bəxtimizdən onlar yalnız tam ədədlərdən ibarət 0-dan N-dək aralıqda olan ciddi artan ədədi silsilələri tanıyırdılar. Həm də silsilə müqəddəs 0 ədədi ilə başlamalı və onun heç olmasa iki elementi olmalıdır.
Təəssüf ki, bu problemi həll etmək üçün onlar kifayət qədər biliyə malik deyildilər. Onlara kömək edin.
Giriş verilənləri
Giriş faylının birinci sətrində bir N (0 <= N <= 10^12) ədədi yazılır.
Çıxış verilənləri
Çıxış faylında bir həqiqi ədəd - 0-la başlayıb 0-dan N-dək (N daxil olmaqla) aralıqda olan ciddi artan tam ədədlərdən ibarət müxtəlif ədədi silsilələrin sayı yazılır.
Silsilədə ən azı iki müxtəlif tam ədəd olmalıdır. Müxtəlif sayda hədləri olan silsilələr də fərqli hesab olunur.