Bizim günlərin Lomonosovu
Vasya Lomonosov yuxudan ayıldı və başa düşdü ki, başlamağına t saat qalan qəbul imtahanına gecikir. Əvvəlcə o, Universitetə ata-babaları kimi kənd yolu ilə piyada getmək istədi, lakin indi gecikməyə qorxduğundan kolxozun sürücüsündən kömək istəməyi qərara aldı. Vasyanın pulu az idi, lakin o ənənəyə də riayət etmək istəyirdi. Ona görə də maşınla mümkün qədər az məsafəni getməyi qərara aldı. Sürücü ilə belə razılaşdı ki, sürücü onu kənddən yolun müəyyən hissəsinədək aparsın, qalan hissəni isə Vasya piyada gedəcək. Avtomobildə hərəkət edərkən Vasyanın sürəti v_1 km/saat və yol xərci p_1 manat/km-dir(Qəbul edilmiş qaydada ən yaxın tam ədədədək yuvarlaqlaşdırılır). Həmçinin, Vasya piyada v_2 km/saat sürətlə hərəkət edə bilər. Təbii ki, bu zaman o pul sərf etmir.
Vasya vaxtında çata biləcəkmi? Əgər cavab bəlidirsə, onda o sürücüyə nə qədər ən az pul verməlidir(əgər ümumiyyətlə, onun xidmətindən istifadə etməyə ehtiyac olarsa)? Kalkulyatorun arxasına keçmək lazım gələcək...
Giriş verilənləri
Birinci sətirdə aralarında boşluq işarəsi olmaqla iki ədəd: s və t, 1 ≤ s ≤ 1000, 1 ≤ t ≤ 50 verilir.
s – kənddən Universitetə qədər məsafə, km-lə, t isə saatla qalan vaxtdır.
İkinci sətirdə aralarında boşluq işarəsi olmaqla üç ədəd: v1, v2, p1, 1 ≤ v_1 ≤ 100, 1 ≤ v_2 ≤ 15, 1 ≤ p_1 ≤ 100 verilir.
Bütün parametrlər tam ədədlərdir.
Çıxış verilənləri
Əgər vaxtında çatmaq mümkündürsə, onda çıxış sətrində bir tam ədəd - xərcləmək lazım olan ən az məbləğdə pulun miqdarı(manatla) verilir. Əks halda bir söz - "NO" sözü verilir.