Saxta pul kisəsi
1-dən n-dək nömrələnmiş n pul kisəsi var. Hər kisənin üzərində orada olan sikkələrin sayı olan ədəd yazılıb. Bir kisə yalnız saxta sikkələrlə doldurulub. Qalan kisələrdəki bütün sikkələr hamısı xalisdir.
Xalis sikkələrin çəkisi 10 qram, saxta sikkələrin çəkisi isə 9 qramdır. Üzərinə qoyulan sikkələrin ümumi çəkisini göstərən tərəzi var. Hansı kisədə saxta sikkələrin olduğunu mütləq şəkildə sübut etmək üçün tərəzidə ən az çəkilmə sayını müəyyənləşdirmək tələb olunur. Bunun üçün hər kisədən istənilən sayda sikkə götürmək olar. Bundan başqa, sikkələrə götürüldüyü kisənin nömrə nişanını qeyd etmək olar.
Giriş verilənləri
Giriş faylının birinci sətrində bir ədəd - kisələrin sayı olan n (1 ≤ n ≤ 30000) ədədi verilir. Sonrakı sətirdən başlayaraq uyğun kisədəki sikkələrin sayı olan n sayda ədəd verilir. Bu ədədlər 1-dən 100000-dək diapazonda yerləşir.
Çıxış verilənləri
Çıxış faylına tərəzidə ən az çəkilmələrin sayı olan bir ədəd verməli.