Poker
Bir neçə yürüş və udulmuş döyüşdən sonra orklarda müəyyən miqdarda qənimət toplanmışdı ki, başçı Orqrim Dumxammer onları döyüşçülər arasında bölüşdürməlidir. Lakin o istəyir ki, bunu hər bir kəsin döyüşdə özünü necə aparmasına uyğun etsin. Başçı hər bir orka onun döyüşçüləri tərəfindən öldürülmüş 5 düşmənin başını gətirməyi və onun qarşısında sıra ilə düzməyi əmr etdi. Bütün döyüşçülər əmri yerinə yetirdilər və indi Orqrim onların hər birinin şücaətini qiymətləndirməlidir. Aşağıdakı qiymətlər mümkündür:
sıfır (no pair) - bütün gətirilən başlar müxtəlif irqlərə məxsusdur, başqa sözlə, eyni irqdən olan bir cüt baş yoxdur;
cütlük (pair) - gətirilən başlardan eyni irqin döyüşçüsünə mənsub olan cütlük var;
iki cütlük (two pair)- eyni başdan iki cüt var;
üçlük (set)- eyni irqin döyüşçülərindən üç baş var;
ful-xaus (full house)- üç baş bir irqdən və ikisi digərindən;
Kare (quads)- eyni irqdən dörd baş;
Poker (poker) - bütün beş baş eyni bir irqdən olan döyüşçülərindir.
Qiymətlər əhəmiyyətliliyin artma sırası ilə sadalanıb və əgər orklarda başların kombinasiyası bir neçə qiymətə uyğun gəlirsə, onda ən yüksək qiymət seçilir.
Bütün döyüşçülərini layiqincə qiymətləndirməyə imkan verən proqramı yazmaqda başçıya kömək edin.
Giriş verilənləri
Giriş faylının birinci sətrində başları gətirən orkların sayı olan tam T (1 ≤ T ≤ 10000) ədədi yerləşir. Sonrakı T sayda sətrin hər birində aralarında boşluq işarəsi olmaqla uyğun orkun gətirdiyi başların sahib olduqları 5 irq yazılır. Hər irqin adı latın əlifbasının 7-dən çox olmayan kiçik hərflərindən ibarətdir.
Çıxış verilənləri
Çıxış faylında hər birində uyğun orka mənsub başların kombinasiyasının qiymətləri olan T sayda sətir vermək lazımdır.