Hər üçüncü havayı
Barlimen Batterbar Bri şəhərciyində yerləşən məşhur “Oynayan poni(balaca at cinsi)” meyxanasının sahibidir. Məhz buraya tez-tez döyüşdən sonra yorğun orklar bir parçın dadına baxmaq, bəziləri sevimli içkiləri olan qnomoukladçiki dadmaq üçün baş çəkirdilər.
Lakin son zamanlar digər bir təşkilatın peyda olması meyxananın müştərilərinin sayının azalmasına gətirib çıxardı. Öz müştərilərini geri qaytarmaq üçün Barlimen meyxanasında belə bir aksiya keçirməyi qərara aldı ki, müəyyən sayda parç içki sifariş verən əlavə bir dənəsini də pulsuz alacaq. Təbii ki, bu say nə qədər az olsa, aksiya müştərilər üçün də o qədər cəlbedici olacaq. Digər tərəfdən o həddindən artıq az olsa , sahibkar mənfəət əldə edə bilməyəcək(hətta ola bilər ki, ziyana düşsün).
Meyxana sahibinə elə minimum parçların sayını tapmaqda kömək edin ki, ona uyğun olaraq bir havayı parç verdikdə heç olmasa az da olsa mənfəət əldə etsin.
Giriş verilənləri
Giriş faylında bir neçə test yerləşə bilər. Hər bir testin verilənləri bir sətirdə yerləşən iki tam ədəd ilə təmsil olunur: bir parç içkinin b qiyməti və meyxana sahibinin onu satdığı c (0 ≤ b < c ≤ 10^9
) qiyməti. b = c = 0 qiymətlər cütlüyü faylın sonunu göstərir.
Çıxış verilənləri
Çıxış faylında hər bir test üçün tapşırığın cavabını ayrıca bir sətirdə vermək lazımdır.