Paylaşdırma
Bəzi ərazilərdə məskunlaşmış adamlara, pərilərə və cırtdanlara hücum etmək üçün Ordların başçısı Orqrim Dumxammer bütün mövcud döyüşçülərindən N sayda müxtəlif dəstə yaratdı və döyüşə yola saldı. Lakin, yenicə gəlib çatmış kəşfiyyatçılar o ərazidə toplanmış düşmənin silahlı qüvvələri haqqında əlavə məlumat verdilər ki, bu da təbii olaraq Orqrimin planına düzəlişlər etdirdi. İndi o, döyüşçüləri bir dəstədən digərinə keçirməklə qoşununda yenidən paylaşdırma aparmaq istəyirdi. Lakin, öz döyüşçüləri arasında qarışıqlıq yaratmamaq, yenidən paylaşdırmanı mümkün qədər tez aparmaq üçün belə yerdəyişmələrin sayı mümkün qədər minimum sayda olmalı idi (bir dəfəyə bir döyüşçü bir neçə dəstədən başqasına köçürülür).
Orduda yenidən paylaşdırma üçün minimum sayda yerdəyişməni müəyyənləşdirən proqramı yazın.
Giriş verilənləri
Giriş faylının birinci sətrində dəstələrin sayı olan bir tam N (1 ≤ N ≤ 10000) ədədi yerləşir. İkinci sətirdə döyüşçülərin dəstələr üzrə ilkin paylanmasını göstərən və hər biri uyğun dəstədəki döyüşçülərin sayını müəyyənləşdirən N sayda ədəd yerləşir. Üçüncü sətirdə isə döyüşçülərin tələb olunan paylaşdırılması verilir. Bir dəstədəki döyüşçülərin sayı 10^{6 }-nı aşmır. Döyüşçülərin ümumi sayının ilkin və tələb olunan paylaşdırmada eyni olmasına təminat verilir.
Çıxış verilənləri
Çıxış faylında yerdəyişmələrin mümkün minimum sayı verilir.