Ərzaq proqramı
Növbəti döyüşdən qayıdan Orqrim Dumxammer onların yaşadığı qəsəbənin insan dəstələri tərəfindən dağıdıldığının şahidi oldu. İndi o, xarabalıqlar üzərində şəhərlərini yenidən tikməli idi.
Hər şeydən əvvəl, Ordların başçısının qarşısında ərzaq problemi – döyüşçülərin və fəhlələrin aclıqdan ölməməsi üçün kifayət qədər ferma (pig farm) tikmək problemi dururdu. Təbii ki, Orqrim bu işlər üçün özünün bütün kəndlilərini (muzdurlarını) cəlb etdi.
Bir fermanın tikilməsinə G_f vahid qızıl tələb olunur ki, bu da P_f orku ərzaqla təmin edir. Lakin hər bir ferma başçının hər hansı zalının (great hall) bilavasitə yaxınlığında tikilməlidir. Ona görə də əvvəlcədən başçı üçün hər hansı sayda zal yaratmaq zəruridir. Başçının bir zalının ətrafında F-dən çox olmayan sayda ferma tikmək olar.
Bununla bərabər başçının hər bir zalının tikilməsinə G_h vahid qızıl tələb olunur, amma bu P_h sayda orku ərzaqla təmin edə bilərdi.
Tikintiyə minimum sayda vahid qızıl sərf etməklə N orku ərzaqla təmin etmək üçün neçə başçı zalı və ferması tikmək lazım olduğunu müəyyənləşdirən proqramı yazmaqda Orqrimə kömək edin.
Giriş verilənləri
Verilənlər giriş faylının yeganə sətrində yerləşir və altı tam N, F, G_h, P_h, G_f, P_f (0 ≤ N ≤ 10^6, 1 ≤ F ≤ 100, 1 ≤ G_h,G_f ≤ 2000, 0 ≤ P_h,P_f ≤ 1000, P_f≠0) ədədləridir.
Çıxış verilənləri
Çıxış faylının yeganə sətrində bir ədəd - axtarılan minimum sayda qızılın miqdarını verin.