Gələcəyin orkları
Gələcəyin orkları təqribən bizim kimi görünürlər. Müharibələr artıq onları bezdirmişdi və artıq mübarizə meydanı tükənməz Biliklər meydanında onlar yeni qələbələr qazanmaq məqsədilə gələcək orkların tərbiyəsi ilə məşğul olmağa başladılar.
Bəzən gələcəyin orkları bayram oyunları təşkil edirdilər, lakin onlar “Ən güclü ork” tipli oyunları “Ən ağıllı ork” oyunları ilə əvəz edirdilər.
Maqlar və Böyük Cadugərlərlə sıx ünsiyyət sayəsində, həmçinin, əbədi Zamanın gedişatında onlar ingilis dilinin bazasında olan öz ork nitqlərini müəyyən qədər dəyişdilər. Lakin onlar təkcə bəzən səhvlərlə yazmırdılar, həm də sözləri məcburi olmayan bir boşluqla ayırırdılar. Bundan başqa, bəzi Maqlar orkların nitqlərinə yeni qaydalar daxil etmişdilər və indi onların əlifbasında sait səs kimi yalnız "a
", "o
", "e
" və "u
" hərflərindən istifadə edilirdi. Bu onunla əlaqədar idi ki, bu Böyük Cadugərlərə qədər "G
" hərfinin bir neçə yeni yazılışı qəbul edilmişdi, doğrudur, onlar nəyə görəsə əvvəlki kimi çap edilirdi, lakin müxtəlif şəkildə tələffüz olunurdu: Baş Cadugərin yazı qaydalarının onun üzərinə qoyduğu sehrdən asılı olaraq. Yeni bayram oyunlarında Orklar həmişə öz ulu babalarının təsvir etdiyi qaydalara ciddi riayət edirdilər.
Lakin istənilən döyüş növündə əvvəllər olduğu kimi öz enerji ehtiyatlarını artırmaq üçün onlara qida tələb olunurdu. ”İlin ən yaxşı Orku” tipli yarışda adətən orklar natiqlik müsabiqələri təşkil edirdilər. Bu zaman onların enerji sərfi söylənmiş nitqdəki hecaların sayının sözlərin sayına nisbəti az olduqca daha çox olur.
Ən yaxşı “İlçi” onlardan o ork hesab edilirdi ki, bu göstərici onun nitqində ən kiçikdir, bərabərlik halında kimin nitqində daha çox söz ifadə edilibsə o qalib sayılır. Sizin tapşırıq - verilmiş kriteriyaya görə ilin Orkunu müəyyənləşdirməkdir.
Giriş verilənləri
Birinci sətirdə oyunda iştirak edən Orkların N
sayı verilir. Sonra hər orkun nitqinə uyğun N
sayda sətir gəlir. Təminat verilir ki, hər orkun nitqi bir sətirdə yerləşir və oyunda 1-dən az olmayan, 100-dən çox olmayan ork iştirak edir. Hər orkun yazılmış nitqində simvolların sayı 1000-i aşmır və 1-dən az deyil.
Çıxış verilənləri
Yeganə ədəd-İlin Orku seçilmiş Orkun nömrəsi. Əgər qalibi birqiymətli təyin etmək mümkün deyilsə, çıxışa "O-o-o-rks..." (dırnaqsız) verin.