Məktəb cəbri
İki x və y dəyişkənli üçhədli ax + by + c birmənalı şəkildə sərbəst c həddi, a və b əmsalları ilə təyin olunur. Verilmiş a, b və c-yə görə cəbri şərtlərdən istifadə etməklə yazılmış uyğun üçhədlini verən proqramı tərdib etmək tələb olunur:
həddin qarşısındakı əmsal əgər modulca birə bərabərdirsə o buraxılır (yazılmır);
hədd, əmsal sıfır olarsa, buraxılır;
"+" işarəsi, əgər ondan sonra mənfi əmsal gələrsə buraxılır;
"+" işarəsi əgər o ifadənin əvvəlində olarsa (yəni unar +) buraxılır;
əmsal və dəyişkən arasında vurma işarəsi buraxılır.
Bu zaman hədlərin yerlərini dəyişməyə icazə verilmir.
Giriş verilənləri
Giriş faylında a, b və c (-9 ≤ a, b, c ≤ 9) tam ədədlərini ehtiva edən yeganə sətir verilir.
Çıxış verilənləri
Göstərilən qaydaları nəzərə almaqla üçhədli ehtiva edən sətri vermək tələb olunur.