Kubiklər
Vitek hələ uşaq bağçasında olarkən kubiklərlə oynamağı sevirdi. Vitek yuxarı yaşlıların qrupunda olduğundan bütün kubiklərin üzərində böyük hərflər, bəli, həm də ingilis hərfləri var idi. Bu uşaq bağçası ixtisaslaşdırılmış xüsusi bağça idi və bağça uşaqlarını gələcək kəşfiyyatçı kimi hazırladıqlarından onların hamısı ingilis dilini bilməli idi. Mümkündür ki, kəşfiyyatçı deyil, diplomat hazırlayacaqlar, amma onda bu peşə üçün də ingilis dilini bilmək zəruri idi. Bağçadakı məşğələlərdə ona öyrədilən bütün sözləri Vitek yaxşı yadında saxlaya bilmirdi, amma kubiklərin üzərində yazılan, məşğələdə istifadə etdiyi və hər iki istiqamətdə eyni cür oxunan ən uzun sözü həmişə yadında saxlaya bilir.
Vitekin yadda saxladığı sözdə neçə kubikdən istifadə edilmişdir?
Giriş verilənləri
Birinci sətirdə - Vitekin qarşısında düzülmüş kubiklərin N (1 ≤ N ≤100000) sayı, sonrakı sətirdə kubikin üzərindəki N hərfdən ibarət hərflər ardıcıllığı aralarında boşluq işarəsi olmamaqla verilir.
Çıxış verilənləri
Vitekin yadda saxladığı ən uzun sözdəki hərflərin sayı.