Kubiklər - 2
Vitek Yeni il bayramından sonra bank sahibi olmaq qərarına gəldi, ona görə də yalnız üzərində rəqəmlər olan kubiklərlə oynamağa başladı. Axı gələcək ixtisası ondan rəqəm və ədədlər üzərində tez və dəqiq əməliyyatlar aparmaq bacarığı tələb edəcəkdi. Yenə də o kubiklərin elə düzülüşünü xoşlayırdı ki, onların üzərində təsvir edilmiş rəqəmlər hər iki istiqamətdə eyni cür oxunur.
Hər səhər Vitek bağçaya gələn kimi dərhal döşəmənin üzərinə düzülmüş kubiklərə baxır, əgər onların ardıcıllığı hər iki istiqamətdə eyni oxunmurdusa hər hansı sayda yeni kubiklər götürərək kubiklərin onun tələblərinə uyğun olması üçün sağ tərəfə yerləşdirirdi.
Bunun üçün Vitekə ən az nə qədər sayda kubik götürmək lazımdır?
Giriş verilənləri
Birinci sətirdə - Vitekin qarşısında düzülmüş kubiklərin N (1 ≤ N ≤100) sayı, sonrakı sətirdə kubikin üzərindəki N rəqəmdən ibarət ardıcıllıq aralarında boşluq işarəsi olmamaqla verilir.
Çıxış verilənləri
Vitekə sağ tərəfə düzmək üçün lazım olan kubiklərin ən az sayı.