Nümunələr dəstinin axtarılması 1
S dəstində verilmiş hər bir sətir üçün onun T dəstindəki hər hansı bir sətri altsətri kimi ehtiva etdiyini yoxlayan proqramı tərtib edin.
Giriş verilənləri
Giriş faylının birinci sətri T dəstindəki sətirlərin natural ədədlə ifadə olunmuş n (n ≤ 100) sayını ehtiva edir. Növbəti n sətrin hər biri uzunluğu 80 simvoldan çox olmayan və boş olmayan sətir ehtiva edir.
Giriş faylının digər hissəsi S dəstinin sətirlərini ehtiva edir. Hər bir sətir 32-dən 126-ya qədər ASCII kodlu simvolları ehtiva edir. Sətir boş ola bilər, sətirlərin uzunluqlarının 250 simvoldan çox olmayacağına zəmanət verilir.
Giriş faylının ölçüsünün 1 Mbaytdan çox olmayacağına zəmanət verilir.
Çıxış verilənləri
Çıxış faylına S dəstinin T dəstindəki heç olmazsa bir sətrini alt sətir kimi ehtiva edən bütün sətirlərini (onların giriş faylında verildikləri ardıcıllıqla) verin.