Yeni soyuducunu M mərtəbəli binanın N-ci mərtəbəsinə qaldırmaq üçün Vitya yükdaşıyanlar briqadasını çağırdı. Yükdaşıyanların zəhmət haqqı növbəti şəkildə ödənilir: soyuducunu bir mərtəbə qaldırmaq üçün 200 rubl, bir mərtəbə aşağı endirmək üçün 100 rubl ödəmək lazım gəlir. Liftdə qaldırmaq və endirmək üçün ödəniş edilmir. Vityanın yaşadığı binada lift olmasına baxmayaraq ona yükdaşıyanlara ödəmə etməsi lazım gələcəkdir, belə ki, lift birinci mərtəbədən başlayaraq hər K-cı mərtəbədə dayanır (yəni 1, K+1, 2K+1, 3K+1, ... nömrəli mərtəbələrdə). Yükdaşıyanların soyuducunu birinci mərtəbədən N-ci mərtəbəyə qaldırmaları üçün hansı minimal məbləğdə pul ödəmək kifayət etdiyini hesablamaq tələb olunur.
Giriş faylında boşluqla ayrılmış üç ədəd verilir: M (2 ≤ M ≤ 100), N (2 ≤ N ≤ M) və K (2 ≤ K ≤ M-1).
Çıxış veriənləri
Yeganə ədədi - soyuducunu qaldırmaq üçün minimal qiyməti verin.