Elektrik qatarı
Elektrik qatarının öz marşrutunda istənilən iki stansiya arasında gedişə nə qədər zaman sərf etdiyi məlumdur. İlkin stansiyadan yola düşmə vaxtı da məlumdur. Elektrik qatarının marşrutu üzərində hər bir stansiyadan yola düşmə vaxtını hesablayan proqramı tərtib edin (sonuncu stansiya üçün bu gəlmə vaxtı olacaqdır – qatarın stansiyalardakı durma vaxtları nəzərə alınmır).
Giriş verilənləri
Birinci sətirdə qatarın ilk stansiyadan yola düşmə zamanı verilir. Zaman növbəti formatda verilir: əvvəlcə saatı göstərən (00-dan 23-ə qədər) iki rəqəm verillir, sonra iki nöqtə verilir və dəqiqəni göstərən (00-dan 59-a qədər) iki rəqəm verilir. Zamanı göstərən sətir daxilində boşluq qoyulmur.
Giriş faylının ikinci sətrində elektrik qatarının marşrutu üzrə stansiyaların sayı (ilk və son stansiyalar da daxil olmaqla) N (2 ≤ N ≤ 1000) natural ədədi verilir. Üçüncü sətirdə N–1 ədəd verilir – bu ədədlərdən birincisi birinci stansiyadan ikinciyə gediş müddətini (dəqiqə ilə), ikincisi – ikinci stansiyadan üçüncüyə gedilən zamanı ifadə edir və s. Bu ədədlərdən hər biri natural ədəd olub 1000-ni aşmır.
Çıxış verilənləri
Hər bir stansiya üçün qatarın bu stansiyadan keçid zamanını verin. Zaman giriş verilənlərində olduğu kimi verilməlidir.