Superçoxbucaqlılar
Müstəvi üzərində N (1 ≤ N ≤ 30) sayda (kəsişməyən və özükəsişməyən) superçoxbucaqlı verilir. Hər bir superçoxbucaqlı saat əqrəbinin əks istiqamətində özünün təpə nöqtələrinin K_i (3 ≤ K_i ≤ 30, 1 ≤ i≤ N) koordinatları ilə verilir. Bütün koordinatlar -32000..32000 diapazonunda tam ədədlərdir. Superçoxbucaqlıları М parça ilə növbəti şəkildə birləşdirmək lazımdır:
Parça yalnız bir cüt superçoxbucaqlını birləşdirir.
Parçaların uzunluqlarının cəmi minimaldır.
İstənilən iki superçoxbucaqlı arasında yol (bəzi parçaların və superçoxbucaqlıların sərhədlərinin hissələri ardıcıllığı) olmalıdır.
Giriş verilənləri
Birinci sətirdə N tam ədədi verilir. Növbəti N sətirdə K_i ədədi və təpə nöqtələrinin koordinatlarını ifadə edən K_i ədədlər cütlüyü verilir.
Çıxış verilənləri
Yeganə sətirdə tapılmış parçaların uzunluqları cəmini 10^{-3} dəqiqliyi ilə verməli.