Olimpiada və İnternet
Ümumukrayna olimpiadasında yataqxananın seksiyalarının birində hər biri öz noutbuku ilə gəlmiş N iştirakçı yaşayır. Seksiyanın koridorunda məlum olur ki, cəmi bir işlək rozetka var, bütün iştirakçılarda isə hər birinə digər A _i işlədənin qoşulmasına imkan verən cəmi K uzadıcı var.
Seksiyada yaşayan ən az sayda neçə iştirakçı öz noutbukundan istifadə etməklə internet şəbəkəsində dostları ilə daimi əlaqə saxlaya bilməyəcək?
Giriş verilənləri
Birinci sətirdə iki ədəd - olimpiada iştirakçılarının N sayı və uzadıcıların K sayı verilir. Sonrakı sətirdə aralarında boşluq işarəsi olmaqla K sayda mənfi olmayan tam ədəd - hər uzadıcıya qoşulmaların mümkün sayı verilir. Bütün giriş verilənləri 1000-i aşmır.
Çıxış verilənləri
Bir ədəd-İnternetə daimi qoşulmayan “uğursuz” iştirakçıların sayı verilir.