Timsah ovu - 2
Uğursuzlar Adasının bədbəxt vəhşi insanlarının əsas məşğuliyyətinin timsah ovu olmasını yəqin ki, xatırlayırsınız. İndi isə onlar gölün mərkəzində koordinatları (0, 0) olan nöqtədə yerləşən tələdən istifadə etməyi qərara aldılar. Lakin Uğursuzlar Adasına gedən qayıq çox qəribə qanunauyğunluqla hərəkət edir. Qayıq koordinatları (X_k, Y_k) olan nöqtədən yalnız koordinatları
X_{k+1} = X_k + Y_k
Y_{k+1} = Y_k + U_k
olan nöqtəyə gedə bilər. Burada, U_k -qayığı tormozlamaq və ya ona təcil vermək üçün vəhşi adamların sərf etdiyi gücdür. Qayıq yalnız tam koordinatlı nöqtələrdə yerləşə bilər. (X_k, Y_k – istənilən k >= 0 üçün tam ədədlərdir). U_{k }-lar istənilən k >= 0 üçün {-2, -1, 0, 1, 2} çoxluğundan qiymətlər alır.
Təbii ki, vəhşi insanlar tələyə timsah özü ondan azad oluna bilməyənə qədər çatmaq istəyirlər. Sizin tapşırıq: qayığın verilən ilkin dayandığı (X_0, Y_0) nöqtəsindən X_T = 0, Y_T = 0 nöqtəsinə çatması üçün mümkün ən qısa vaxtın qiymətini müəyyənləşdirin.
Giriş verilənləri
Giriş faylında bir neçə test yerləşir. Hər bir test bir-birindən boşluq işarəsi ilə ayrılan iki tam ədəd-qayığın ilkin vəziyyətinin koordinatları (X_0, Y_0), (-100 ≤ X_0 ≤ 100, -100 ≤Y_0 ≤ 100) olan sətirdir. Faylda verilmiş ixtiyari nöqtədən (0, 0) nöqtəsinə gedib çatmaq imkanının olmasına təminat verilir.
Çıxış verilənləri
Çıxışa giriş faylında verilmiş hər bir başlanğıc (X_0, Y_0) nöqtəsi üçün ayrıca sətirdə yeganə ədəd - X_T = 0, Y_T= 0 nöqtəsinə gedib çatmaq üçün mümkün ən az T vaxtının qiyməti verilir.