Mötərizələrin paradı
k[1]
sayda birinci tip mötərizələr cütündən, k[2]
sayda ikinci tip mötərizələr cütündən,..., k[m]
sayda m-ci tip mötərizələr cütündən təşkil edilmiş müxtəlif düzgün mötərizələr ardıcıllığının sayını hesablayın.
Mötərizələr ardıcıllığı aşağıdakı hallarda düzgün hesab edilir:
Boş ardıcıllıq-düzgündür;
Əgər A və B düzgündürsə, onda AB də düzgündür;
Əgər A düzgündürsə, onda (A) də düzgündür. Burada ( və ) eyni tipli açılan və bağlanan mötərizələrdir.
Giriş verilənləri
Giriş faylının birinci sətrində testlərin n (0 < n ≤ 1000) sayı verilir. Sonrakı n sətrin hər birində testlər təsvir olunur. Hər bir sətir müxtəlif tip mötərizələrin sayı olan m (0 < m ≤ 100) ədədi ilə başlayır. Sonra aralarında boşluq işarəsi olmaqla m sayda bir birinin ardınca müsbət k[1]
, k[2]
, ..., k[m]
ədədləri gəlir. k[i]
ədədləri i-ci tip mötərizələr cütünün sayıdır. Mötərizələr cütünün ümumi sayı 1000-dən böyük deyil.
Çıxış verilənləri
Hər bir test üçün bir tam ədəd - məsələnin cavabını mütləq qiymətcə 1000000007-dən çox olmamaqla bir sətirdə verin.