Fındıqlar üçün fındıqlar
Rayan və Larri onların fındıqlarının dadının yaxşı olmadığı qərarına gəldilər. Lakin adanın bir neçə yerində yerləşən bir neçə fındıq vardır ki, onlar çox dadlıdırlar! Lakin uşaqlar tənbəl və xəsisdirlər, buna görə də onlar bütün fındıqları toplamaq üçün qısa yolu bilmək istəyirlər. Siz onlara kömək edə bilərsinizmi?
Giriş verilənləri
Hər bir testin birinci sətri düzbucaqlı şəklində olan adanın x və y (x, y ≤ 20) ölçülərini ehtiva edir. Sonra məkanın xəritəsini əks etdirən hər birində y simvol olan x sətir verilir. Xəritə ‘.’, ‘#’ və ‘L’ simvollarını ehtiva edir. Başlanğıcda Larri və Rayan ‘L’-dədirlər, fındıqlar ‘#’ simvolu ilə işarə edilmişdir. Uşaqlar bir gedişə qonşu 8 xanadan birinə gedə bilərlər. Fındıqların olduğu xanaların sayı 15-dən çox deyil. Xəritədə ‘L’ işarəsi olan yalnız bir xana var.
Çıxış verilənləri
Hər bir xəritə üçün ayrı sətirdə ‘L’ xanasından başlayıb bütün fındıqları topladıqdan sonra yenidən ‘L’ xanasına qayıtmaq üçün addımların minimal sayını verin.