Telefon nömrələrinin siyahısı
Telefon nömrələri ehtiva edən siyahıdakı hər hansı bir nömrənin digər nömrənin prefiksi olmadığını təyin edin. Tutaq ki, telefon kataloqu növbəti nömrələri ehtiva edir:
Fövqaladə xidmət 911
Alisa 97 625 999
Bob 91 12 54 26
Bu halda Boba zəng etmək imkanı olmur, ona görə ki Bobun telefon nömrəsinin ilk üç rəqəmini yığdıqdan sonra Siz həmin anda Fövqəladə xidmətə düşəcəksiniz. Verilmiş siyahı uyğunsuzdur.
Giriş verilənləri
Giriş faylının ilk sətri testlərin t (1 ≤ t ≤ 40) sayını ehtiva edir. Hər bir test telefon nömrələrinin n (1 ≤ n ≤ 1000000) sayı ilə başlayır. Növbəti n sətrin hər biri bir telefon nömrəsini ehtiva edir. Telefon nömrələri 10-dan artıq olmayan rəqəm ehtiva edir.
Çıxış verilənləri
Hər bir test əgər telefon nömrələri siyahısı uyğunluq təşkil edirsə, "YES", əks halda "NO" verin.