Sadə ədəd
Asan
Zaman limiti 1 saniyə-dir
Yaddaş məhdudiyyəti 64 meqabayt
Əgər natural X ədədi natural N ədədi ilə üst-üstə düşürsə və yaxud onun onluq yazılışındakı hər hansı rəqəmlərini silməklə alınırsa, onda natural X ədədi natural N ədədinin törəməsi adlanır. Məsələn, 1024 ədədinin törəməsi 1, 2, 4, 10, 12, 14, 24, 102, 104, 124 və 1024 ədədləridir.
Natural N ədədi verilmişdir. N ədədinin törəməsi olan ən böyük sadə P ədədini müəyyənləşdirin. Əgər N ədədinin heç bir törəməsi sadə ədəd deyildirsə, P-ni sıfıra bərabər götürürük. Əgər P≠1 və P ədədi 1-dən başqa bölənə malik deyildirsə, onda natural P ədədi sadə ədəd adlanır .
Giriş verilənləri
Giriş faylının yeganə sətrində N (0 < N < 10^9) ədədi yerləşir.
Çıxış verilənləri
Proqram P ədədini çıxışa verməlidir.
Nümunələr
Giriş #1
Çıxış #1
Təqdimatlar 1K
Qəbul dərəcəsi 32%