pi ədədinə ən yaxşı yaxınlaşma
"pi" ədədi çevrə uzunluğunun onun öz diametrinə nisbətini ifadə edir. Bu mənada o insanlara ta qədim zamanlardan məlumdur. O vaxtdan bəşəriyyət pi ədədinin ədədi qiymətini tapmağa cəhd edir. pi ədədini tapmağın üsullarından biri onu adi kəsr şəklində göstərməkdir. Belə ki, Qədim Romada pi ədədinin 355/113-ə bərabər olan təqribi qiyməti alınmışdı.
pi ədədinin adi kəsr şəklində ən yaxşı yaxınlaşmasını tapmaq tələb olunur.
Hesablamalar üçün pi ≈ 3.1415926535897932385 götürmək olar.
Giriş verilənləri
Giriş faylında aralarında boşluq işarəsi olmaqla iki tam N, M (1 <= N, M <= 1000) ədədləri verilir.
Çıxış verilənləri
Çıxış faylında pi ədədinin ən yaxşı yaxınlaşması olan ixtisar olunmayan P/R kəsrini ifadə edən, aralarında boşluq işarəsi olmaqla iki tam P, R ədədləri verilir. Burada, 1 <= P <= N, 1 <= R <=M.