Qumar oyunları
İkinci sinif şagirdi Vitalik informatikanı öyrənməyə başladı və qərara aldı ki, proqramçı olsun. Lakin elə öz qərarı haqqında evdə danışarkən böyük qardaşı Lyoşa dedi ki, məntiqi təfəkkürü pis inkişaf etdiyindən Vitalikdən proqramçı alınmayacaq. Arqument kimi danılmaz fakt gətirdi ki, Vitalik demək olar ki, həmişə şaşkidə Lyoşaya uduzur.
Vitalik çox incidi və öz məntiqi təfəkkürünü məşq etdirməyi qərara aldı. O, dalandar Saşa dayıdan eşitmişdi ki, bu məqsəd üçün kart oyunları tamamilə uyğundur. Ona görə də sadədən başladı, karta aid məsələləri həll etməyə başladı. Həmin Saşa dayıdan Vitalik “Poker” kart oyunu haqqında öyrəndi. Vitalik oyunun özünü Vitalik hələ tam mənimsəməmişdi, amma kart məsələlərini həmişə uğurlu olmasa da artıq həll etməyə başlamışdı. Budur, Vitalikin həll edə bilmədiyi bir məsələ:
“Poker” oyununda kartların kombinasiyası verilib. Kombinasiya aşağıdakı işarələrlə beş kartdan ibarətdir:
coker - 0
ikilik - 2
üçlük - 3
...
onluq - 10
valet - 11
dama - 12
korol - 13
tuz - 14
Coker kartları ikidən artıq ola bilməz. Cokeri istənilən dəyərli kartla dəyişmək olar. Giriş verilənlərə görə həmin kartların "2+2" kombinasiyası əmələ gətirib-gətirmədiyini, başqa sözlə, onların arasında elə iki cütünün olmasını müəyyənləşdirin ki,
bir cütə daxil olan kartların dəyəri üst-üstə düşür;
müxtəlif cütlükdəki kartların dəyəri fərqlənir.
Yazıq ikinci sinif şagirdinə onun bacarmadığı bu məsələni həll etməyə kömək edin, əks halda böyük qardaşı onu tamam lağa qoyacaq!
Giriş verilənləri
Giriş faylında kartların dəyəri sadalanır. Ədədlər bir birindən bir və ya bir neçə boşluq işarəsi ilə ayrılır.
Çıxış verilənləri
Çıxış faylına əgər belə kombinasiya tərtib etmək mümkündürsə, “YES”, əks halda “NO” sözünü verin.