Balqabaqlı aş
Baba, Nənə, Nəvə və kiçik həyət iti Juçkanı turp yetişdirmək bezdirmişdi, onlar yeni tərəvəzə keçməyə - balqabaq yetişdirməyi qərara aldılar. Bu bitki yaxşı idi, torpağın üstündə uzanıb yayılırdı, torpağı qazmaq, ardınca hamılıqla birgə onu torpaqdan dartıb çıxarmaq lazım deyildi!
Beləliklə, Baba balqabaq əkdi. Bir balqabaq tumundan saysız-hesabsız, lakin 1000 dənədən çox olmamaqla balqabaq böyüdü. Baba fərəhləndi, Nənə, Nəvə və Juçka lovğalandı. Onlar hər gün üç dəfə, ola bilər ki, daha tez-tez balqabaqlı aş bişirməyi qərara aldılar. Balqabaqları hansı ardıcıllıqla yeməyi düşünməyə başladılar. Qərara gəldilər ki, hər dəfə növbəti aş üçün ən ağır balqabağı seçsinlər. Lakin aş üçün balqabağın çəkisi qədər də darı yarması tələb olunduğundan Babadan onlara uyğun darı yarması almaq lazım gəldiyindən təcili qrafik tərtib etmək tələb olunur. Sizin vəzifəniz - belə bir qrafiki çap etməkdir.
Giriş verilənləri
Giriş faylının birinci sətrində Babanın bostanındakı balqabaqların sayı olan n (0 ≤ n ≤ 1000) ədədi yazılır. Ondan sonra hər balqabağın karatla çəkisi olan n sayda tam ədəd gəlir. Balqabaqlar çox böyümüşdülər, lakin hər halda hər balqabağın çəkisi 10000 karatı aşmır.
Çıxış verilənləri
Çıxışa Babanın aşına düşəcək ardıcıllıqla hər balqabağın çəkisini verin.