Ev tapşırığı
Kiçik oğlan Vanyaya dərnəkdə say sistemindən növbəti məsələni verdilər: X ədədini s_1 say sistemindən s_2 say sisteminə çevirməli. Çox fikirləşmədən o, 10-a qədər barmaqla saymaqda şöhrət qazanmış ən yaxşı dostu Petyanı köməyə çağırdı. Bir neçə yuxusuz gecələrdən sonra uşaqlar birgə səy göstərərək məsələnin öhtəsindən gəldilər.
Lakin, növbəti məşğələdə Vanyaya oxşar məsələ verdilər, təəssüf ki, burada X 10-u aşır. Onda uşaqlar Yay Kompyuter Məktəbinə məsələni ixtiyari X, s_1 və s_2 üçün həll edən universal proqram yazmaq üçün müraciət etmək qərarına gəldilər. Sizin məqsədiniz – Vanya və Petyanın istəklərini yerinə yetirməkdir.
Giriş verilənləri
Sizin proqramın giriş verilənlərində 3 ədəd verilir: Cari X ədədi, s_1 və s_2 (2 ≤ s_1, s_2 ≤ 10) say sisteminin əsası. X ədədi onluq say sistemində 2·10^9-u aşmır.
Çıxış verilənləri
Çıxış verilənlərində X ədədinə s_2 say sistemində bərabər olan yeganə ədəd və ya giriş verilənləri düzgün deyilsə, -1 verilməlidir.