Xatırladığınız kimi, mesklenitlər ekspedisiyaya yola düşdülər. Bir dəfə ekspedisiya rəhbərinə ən yaxşı mesklenitlərdən təşkil olunmuş xüsusi dəstəni kəşfiyyata göndərmək lazım gəldi. Bunun üçün o bütün komandanı cərgəyə düzdü.
Hər bir mesklenitin zirehinin rəngi böyük latın hərfləri (A-dan Z-ə) ilə işarə olunur. Vaxta qənaət etmək məqsədilə rəhbər cərgədə bir neçə ardıcıl gələni seçməyi qərara gəldi. Bundan başqa o hesab etdi ki, əgər seçilmiş dəstə zirehlərin rənginə görə simmetrik olarsa, kəşfiyyat daha müvəffəqiyyətli olar. Məsələn, RGBGR dəstəsi simmetrik olacaq, RGRB – isə yox.
Mecklenit cərgəsindən verilən şərti ödəyən maksimal mümkün dəstə seçmək tələb olunur.
Uzunluğu 255 simvolu keçməyən sətir – cərgədəki mesklenitlerin zirehlərinin rəngləri verilir.
Giriş verilənləri seçilmiş mesklenitlər dəstəsinin sətrini ifadə edir. Əgər mümkün cavab variantlarının sayı bir neçə olarsa, dəstənin əvvəlinə yaxın olanı vermək lazımdır.