Casuslar qərara gəldilər ki, bir birinə məlumatı adı məktubun mətnində gizlədərək göndərəcəklər. Gizli məlumatlar üçün hər hansı bir dəstdən olan sözlərin birinci hərflərindən, qalan sözləri isə gizlədilmiş məlumat üçün istifadə etmək qərarına gəldilər.
Söz dəsti və məktub mətni haqqında informasiyadan istifadə etməklə gizli məlumatı ayıran proqramı tərtib edin.
Giriş faylının ilk sətrində yeganə tam N (10 ≤ N ≤ 1000) ədədi verilir. Sonra N sətir verilir, hər bir sətir yalnız kiçik latın hərflərindən ibarət söz hissələri ehtiva edir. Altsözlərin uzunluqları 15 hərfi keçmir. Daha sonra faylın sonuna qədər məktubun mətni verilir. Gizli məlumatı verilmiş altsözlərlə başlayan məktubdakı sözlərin ilk hərflərindən təşkil edirlər. Məktubda yalnız latın hərfləri (böyük/kiçik əhəmiyyət kəsb etmir) və durğu işarələri istifadə olunur. Sözlər boşluqlarla, yeni sətrə keçid simvolları və durğu işarələri ilə ayrılırlar ("x-ray" mətni iki "x" və "ray" sözlərini ehtiva edir). Mətndəki sözlərin sayı 100000-i aşmır. Mətnin sətirlərinin uzunluğu 250 simvoldan çox deyil, sözlərin uzunluğu isə 25 simvoldan çox deyil.
Çıxış faylına yeganə sətri – gizli məlumatı verməli. Məlumatdakı hərflər kiçik hərflər olmalıdır.