Sadə oyun
Dədə Mazay və dovşan çox sadə bir oyun oynayırlar. Onların qarşısında n ədəd eyni yerkökü olan böyük bir yığın var. Hər biri öz növbəsində bu yığından 2 ədədinin qeyri-mənfi qüvvətinə bərabər istənilən sayda yerkökü götürə bilər, yəni 1, 2, 4, 8,… . Oyuna ya Dədə Mazay, ya da dovşan başlayır. Sonra oyunçular növbə ilə oynayırlar. Sonuncu yerkökünü götürən oyunçu qalib gəlir.
Verilən başlanğıc məlumatlarına əsasən bu oyunda qalibi müəyyən edən proqram yazın. Bu zaman nəzərə alın ki, oyunçular optimal oynayırlar.
Giriş verilənləri
Oyunun əvvəlində yerkökülərin sayını göstərən bir tam müsbət n (n ≤ 10^{250}) ədədi.
Çıxış verilənləri
Birinci sətirdə ilk oynayanın qalib gələcəyi halda '1', əks halda '2' rəqəmini çıxarın. Əgər oyunu ilk oynayan qalib gəlibsə, ikinci sətirdə ilk oynayanın qələbəsini təmin etmək üçün götürməli olduğu minimal yerkökü sayını göstərməlidir.