Massiv verilmişdir (daha doğrusu onun ilkin, başlanğıc variantı). Iki sorğuya cavab vermək lazımdır.
a_i[j] = x — massivin i-ci variantından yeni massiv yaratmalısız, belə ki, yeni massivin j-ci elementi x-a bərabərdir, qalan elemetləri isə i-ci variantında olduğu kimidir.
get a_i[j] — massivin i-ci variantinda j-ci elementin nəyə bərabər olduğunu tapmalısız.
Massivdəki elemetlərin sayını göstərən n (1 ≤ n ≤ 10^5) ədədi və massivin n sayda elementi. Daha sonra sorğuların sayı olan m (1 ≤ m ≤ 10^5) ədədi və m sayda sorğu. (sorğuların formatı nümunədə verilir). Əgər k sayda variant artıq mövcuddursa , yeni variant k+1nömrəli olacaq. Massivin həm başlanğıc, həm də yeni elementləri 0-dan 10^9–dək olan tam ədədlərdir. Massivdəki elemetlər 1-dən n-dək nömrələnir.
get tipli hər bir sorğu üçün lazımi massivin uyğun elementini ekrana verin.