Rənglənmiş nöqtələr
Damalı vərəqdə təpələri torun düyün nöqtələrində olan üçbucaq qurdular. Torun, üçbucağın təpə nöqtələrindən və üçbucağın tərəfləri üzərində yerləşən düyün nöqtələrindən başqa üçbucağın daxilində yerləşən bütün düyün nöqtələrini (kağızın dama xətlərinin kəsişdiyi nöqtələri) bundan sonra rənglədilər.
Rənglənmiş nöqtələrin sayını təyin etməli.
Giriş verilənləri
Hər bir sətirdə boşluqla ayrılmış üçbucağın koordinatlarını göstərən 6 ədəd verilir: x_1, y_1, x_2, y_2, x_3, y_3 (−15000 ≤ x_1, y_1, x_2, y_2, x_3, y_3 ≤ 15000). Bütün giriş verilənləri dəqiqdir və mütləq üçbucaq təşkil edir, yalnız axırıncı sətirdən başqa, hansı ki, 6 ədədin hamısı: x_1 = y_1 = x_2 = y_2 = x_3 = y_3 = 0 -dır, bu hal üçün hesablama aparmaq lazım deyil, belə ki, onlar giriş verilənlərini sonunu bildirir.
Çıxış verilənləri
Hər bir test üçün yeni sətirdən rənglənmiş nöqtələrin sayını verməli