ACM
Şahmat monsterləri assosiasiyası (АСМ - Association of Chess Monsters) Dünyanın qalan şahmatçılarının seçməsinə qarşı ənənəvi illik matçını planlaşdırır. Matç 30 taxta üzərində keçirilməlidir və hər komandadan 15 nəfər ağ, 15 nəfər isə qara fiqurlarla oynamalıdır. АСМ komandaya özünün çoxsaylı oyunçuları arasından ən yaxşıları daxil etmək istəyir. Hər oyunçunun ağ fiqurlarla oyun reytinqi 1-dən 100-ə şkala üzrə və qara fiqurlarla oyun reytinqi də eynilə hesablanır. Matç ərzində bir oyunçu ya ancaq ağ, ya da ancaq qara fiqurla oynaya bilər. Komandanın reytinqi ağlarla və qaralarla oynayan oyunçuların ayrı-ayrılıqda reytinqləri cəminə bərabərdir. Mümkün olan ən yüksək ümumi reytinqə malik komanda düzəltmək üçün ACM-ə kömək edin.
Giriş verilənləri
Girişdə oyunçuların sayı qədər sətirdə onların reytinqləri verilir. Hər sətirdə müvafiq oyunçunun reytinqi, bir-birindən boşluq işarəsi ilə ayrılan iki tam ədədlə verilir. Birinci ədəd oyunçunun ağ fiqura görə, ikinci isə qara fiqura görə reytinqini göstərir. Girişdə sətirlər sayının 30-dan az və 1000-dən çox olmayacağına zəmanət verilir.
Çıxış verilənləri Çıxışa tək bir sətirdə, ACM-in ən yaxşı komandasının reytinqini göstərən bir tam ədəd verməli.