Trolley dilində 5 samit: {h, k, m, r, t} və 3 sait: {a, o, u} var. Hər bir söz samit hərflə başlayır, bu halda sözdə iki ardıcıl samit və ya sait ola bilməz.
N trolley növbə ilə əvvəlki trolleyin hələ demədiyi qısa söz söyləyirlər. Əgər variantların sayı bir neçə olarsa, onda trolley leksiqrafik ən kiçiyini seçir. Leksikoqrafik ardıcıllıq h < k < m < r < t < a < o < u. Bu halda sözlər əvvəlcə ilk hərfə görə müqayisə edilir. Əgər birinci hərflər eyni olarsa, onda ikinciyə görə və s.
N-ci trolleyin söyləyəcəyi sözü tapın.
Birinci sətirdə test hallarının sayı - yeganə ədəd 1 ≤ T ≤ 100 verilir. Hər bir növbəti T sətirdə yeganə ədəd 1 ≤ N ≤ 1000000000 (10^9) – trolleylərin sayı verilir.
Verilmiş hər bir N ədədi üçün məsələnin cavabını nümunədə göstərilmiş formata uyğun ayrı sətirdə verin.