Verilmiş G(V,E) qrafı üçün elə g(v,e) alt qrafı dəst adlanır ki, v-yə daxil olan bütün v1, v2 təpə nöqtələri cütlüyü üçün e-yə daxil olan (v1, v2) tilləri mövcud olsun. Maksimal dəst elə dəstdir ki, maksimal sayda təpə nöqtələri olsun.
Giriş verilənləri bir neçə testi ehtiva edir. Hər bir test aşağıdakıları ehtiva edir:
Testin birinci sətrində qrafın təpə nöqtələrinin sayı n (1<n≤50) verilir.
Növbəti n sətrin hər biri (i (sətir nömrəsi) və j (sütun nömrəsi) təpə nöqtələrinin arasında tilin olmasını və ya olmamasını göstərən) 0 və ya 1-lərdən ibarət olan n sayda ədədi ehtiva edir.
n=0 ilə başlayan test giriş verilənlərinin sonuna işarə edir. Bu testi emal etmək lazım deyil.
Hər bir test halı üçün ayrı-ayrı sətirdə yeganə ədədi – qrafdakı maksimal dəstin təpə nöqtələrinin sayını verin.