Cənab İks Baytlandiyayay getmək istəyir və şəhərə tur atmaq istəyir. Şəhərlər arasında bir neçə ikiistiqamətli yol var. Bütün yollar müxtəlif cüt şəhərləri birləşdirir. Şəhəri özü ilə birləşdirən yol yoxdur.
Cənab İks turunda ilk şəhərin hansı olacağını hələ müəyyənləşdirməyib, buna baxmayaraq o, bir şəhərdən digər şəhərə necə gedəcəyini artıq müəyyənləşdirib. O A şəhərində olarkən buradan hər hansı bir hələ olmadığı şəhəri seçir və oraya doğru hərəkət edir. Əgər belə bir şəhər yoxdursa, o turu başa çatdırır. Cənab İks bilmək istəyir ki, onun istənilən marşurutu (başlanğıc və hələ olmadığı şəhərlərdən asılı olmayaraq) bütün şəhərləri əhatə edirmi? Sizin vəzifəniz ona kömək etməkdir.
Giriş faylının yeganə sətri Baytlandiyadakı şəhərlərin və yolların sayını ifadə edən iki tam N və M (1 ≤ N ≤ 100000, 0 ≤ M ≤ 200000) ədədlərini ehtiva edir. Növbəti M sətrin hər biri yolla birləşmiş iki şəhərin nömrələrini ifadə edən iki tam ədəd: a_i, b_i (1 ≤ a_i, b_i ≤ N) verilir. Bütün yollar müxtəlif cüt şəhərləri birləşdirir.
Əgər cənab İksın hər bir marşrutu bütün N şəhəri ehtiva edərsə, YES, əks halda NO verməli.