Çaxır butulkalarını heç zaman ağzına qədər doldurmurlar: istilik genişlənməsi və sıxılmanı təmin etmək üçün butulkanın boğazında az miqdarda hava qalmalıdır. Əkər butulkada çox az hava qalarsa, onda çaxır genişlənə və probkanı ata bilər. Əgər hava çox olarsa, onda çaxır xarab olacaqdır. Beləliklə də hər bir butulka minimal və maksimal çaxır tutumuna malikdir.
Verilmiş çaxır həcminə və müxtəlif ölçülü butulka dəstinə görə təyin edin ki, hansı butulkaları istifadə etmək lazımdır ki, onlara minimal və maksimal həcmlərinin imkan verdiyi qədər çaxır doldurula bilsin və bu zaman daha çox çaxır doldurulmuş olsun.
Hər bir testin birinci sətri iki ədədi ehtiva edir: doldurulacaq çaxırın miqdarı (0-dan 1000000-ə qədər litrlə) və butulkaların ölçülərinin sayı (1 və 100 arası). Hər bir butulka ölçüsü üçün onun litirlə minimal və maksimal tutumunu əks etdirən tək sətir verilir. Maksimal tutum 325 millilitrdən az və 4500 millilitrdən çox deyil. Minimal tutum 95%-dən az və 99%-dən çox deyil. Məlumdur ki, hər tip putulkadan sonsuz saydadır.
Yeganə tam ədəd verməli: Doldurula bilməyən çaxırın millilitrlə miqdarı.