Olimpiadanın büdcə qorxusu
Məlum olduğu kimi, Olimpiada 2012-nin başlamasına qədər Birləşmiş Krallıq üçün onun müflisləşdirici büdcəsi haqqında çox danışıqlar oldu. Olimpiya oyunlarının keçirilməsinə hazırlıq prosesində bu büdcəni bir azda olsa azalda biləcək praktik olaraq hər bir an müzakirə olundu.
Belə bir təkliflərdən biri idmançılara ikilik sistemdə nömrə hazırlamaq idi, belə ki, idmançının nömrəsindəki 0 və 1 çap rəqəmləri yalnız 1 şillinqə başa gəlirdi, eyni zamanda qalan digər rəqəmlərlə çap baha başa gəlirdi. Belə bir təklifin qəbul edilməməsinə və idmançılar üçün alışdığımız onluq nömrələrin çap edilməsinə baxmayaraq (ola bilsin ki, elə buna görə də olimpiada belə bahalı olmuşdur), idmançının olimpiadadakı nömrəsinin N olduğunu bilərək sizə təqdim olunmuş təklifdə idmançıya nömrə hazırlamağın neçəyə başa gələcəyini təyin etmək tələb olunur.
Giriş verilənləri
Yeganə ədəd – idmançının olimpiadadakı N (N ≤ 10^9) nömrəsi.
Çıxış verilənləri
Yeganə ədəd - məsələnin cavabı.