Bəs danışmaq?
Olimpiadanın açılışı uzadılmasına baxmayaraq (belə ki, o demək olar ki, 4 saat çəkdi) möhtəşəm keçdi. Bütün iştirakçılar baş verənlərdən heyrətə gəlmişdilər, əksəriyyət, həmçinin BMT-nin katibi Ban Kimun da baş verənləri mobil telefonla çəkirdi.
Həqiqətən də olimpiada zamanı tamaşaçılar bir-biri ilə tanış olurdular və onlarda bəzən öz aralarında mobil rabitə vasitəsilə ünsiyyət qurmaq arzusu meydana gəlirdi. Lakin burada yeni bir problem ortaya çıxdı: onlar yalnız aralarındakı məsafə R mildən çox olmadıqda ünsiyyət qura bilirdilər. Biz hələ ki, Londonda mobil rabitənin niyə belə işlədiyini müzakirə etməyəcəyik, belə ki, bizim qarşımızda digər məsələ durur: N sayda tamaşaçının koordinatlarını bilərək, neçə müxtəlif tamaşaçı cütlüyünün bir-biri ilə ünsiyyət qura biləcəyini təyin etmək.
Nəzərə almaq lazımdır ki, London koordinat sistemi mil üzərindən ölçülür, həmçinin, {A, B} və {B, A} tamaşaçı cütlüyü eyni hesab edilir.
Giriş verilənləri
Birinci sətirdə 2 ədəd – nöqtələrin N (1 ≤ N ≤ 100) sayı və R (1 ≤ R ≤1000) qiyməti. Növbəti N sətrin hər birində 2 ədəd – uyğun tamaşaçının koordinatları. Bütün koordinatlar modulca 1000-i aşmayan tam ədədlərdir.
Çıxış verilənləri
Yeganə ədəd – qoyulmuş məsələnin cavabı.