Boya görə sıralama
Olimpiadanın təntənəli açılışında və eləcə də bağlanışında hər ölkənin idmançıları öz ölkələri üçün eyni olimpiada kostyumları geyinmişdilər. Təbii olaraq, bir çox ölkələr üçün bu qədər çoxlu sayda idmançı, məşqçi və xidməti heyət üçün olimpiada nümayiş formasının tikilməsi prosesinin özü çox məsuliyyətli və vacib məsələ idi və buna görə də uyğun ölçüdə forma tikmək üçün hər bir nümayəndə üzvünün ölçüsünü bilmək lazım idi. Nümayiş formasının tikilməsi ilə məşğul olacaq firmaların bir az bəxti gətirdi, belə ki, məlumdur ki, heç bir nümayəndə heyəti üzvünün boyu metryarımdan kiçik, iki metr yarımdan böyük deyildir.
Sizin sərəncamınızda uyğun idman növünə görə nümayəndə heyətinin hər bir üzvünün boyunun qeyd olunduğu verilənlər bazası var. Sizin vəzifəniz növbəti sorğuya cəld cavab verməkdən ibarətdir: Nümayəndə heyətinin üzvlərindən neçə nəfərin boyu -dan -yə hədd ölçüsündədir?
Giriş verilənləri
Hər bir sorğunun birinci sətrində uyğun nümayəndə heyətinin üzvlərinin sayını ehtiva edən yeganə ədədi verilir. Sorğunun ikinci sətri nümayəndə heyətinin uyğun üzvlərinin boşluqla ayrılmış santimetr ilə verilmiş boyunu ifadə edən sayda tam ədədi ehtiva edir. Boyu ifadə edən verilənlər nizamlanmamışdır, belə ki, verilənlər bazasına son anda daxil edilmişdir və buna görə də emal edilməmişdir. Sorğunun üçüncü sətri sorğunun özünü ehtiva edir: ədəd - firma-istehsalçını maraqlandıran boy intervalının aşağı və yuxarı sərhəddi. Sorğular faylın sonuna qədər davam edir.
Çıxış verilənləri
Hər bir sorğu üçün ayrı sətirdə onun cavabını verin.