Bilindiyi kimi, hazırda istehsal olunan prosessorların əksəriyyəti çoxnüvəlidir, yəni, bir neçə əmri eyni zamanda icra etməyə imkan verir. Paraltel şirkəti böyük hərflərlə işarə edilmiş 26 müxtəlif əmri icra etməyə imkan verən yeni tipli ikinüvəli prosessor hazırladı. Hər bir belə əmrin icrası üçün prosessorun işinin bir taktı tələb olunur.
Bu prosessor üçün proqram ardıcıl əmrlərdən ibarətdir. Əmrlər proqramda rast gəldikləri ardıcıllıqla icra olunmalıdır. Əmrlərin yerini dəyişdirmək olmaz.
İki nüvəsinin olmasına görə prosessor eyni zamanda hər biri bir nüvədə olmaqla iki proqramı icra edə bilər. Lakin arxitekturasının xüsusiyyətinə görə bir prosessorun hər iki nüvəsində eyni zamanda yalnız eyni əmrlər icra oluna bilər.
Prosessorda iki proqramın icrası zamanı xüsusi idarəedici qurğu icranı elə optimallaşdırır ki, hər iki proqram imkan daxilində tez icra olunsun. Məsələn, "ABB" və "ABC" proqramlarını prosessorda 4 такda icra etmək olar: əvvəlcə hər iki programın "A" əmri müxtəlif nüvələrdə icr olunur, sonra isə "B" əmri, daha sonra birinci programdan "B" və sonda ikinci proqramdan "C" icra olunur. Eynilə "CAB" və "BAB" proqramları da 4 takda icra olunur.
Bu yaxınlarda ixtisasçılar 2n sayda proqramı icra edə bilən n-prosessorlu superkompyuter hazırladılar. Hesablamanın təşkili elə qurulmuşdur ki, hər bir prosessor bu qrupdan düz iki programı hər biri bir nüvədə olmaqla icra etməlidir.
Siz 2n sayda proqramın n prosessorda icrasını elə planlaşdırmalısınız ki, bütün proqramların icra olunması üçün ən az zaman sərf edilsin.
Birinci sətirdə prosessorların sayi - n (1 ≤ n ≤ 10) ədədi verilir. Daha sonra 2n sətirdə icra olunacaq proqramlar verilir. Hər bir proqram 1-dən 100-qədər əmr ehtiva edə bilər. Hər bir əmr latın əlifbasının böyük hərfləri ilə verilir.
Yeganə ədədi — bütün proqramların icra edilməsi üçün lazım olan minimal ədədi verməli.