Otel
Beşulduzlu otelin tikintisindən sonra şəhər meri, baş meydanın bərpası üçün göstəriş verdi. Meydan düzbucaqlı olduğundan, bərpa işləri üçün düzbucaqlı plitələr alındı. Lakin sonradan məlum oldu ki, verilən ölçülərdəki plitələrlə meydanı boşluqsuz tam örtmək mümkün olub-olmadığı düşünülməyib. Problem ondadır ki, plitələr çox kövrək daşdan hazırlanıb və kəsilə bilməz. Tikintiçilərə meydanı verilən ölçülərdəki düzbucaqlı plitələrlə örtməyin mümkün olub-olmadığını anlamaqda kömək edin.
Məsələn: ölçüsü 9×6 olan meydan 2×3 ölçülü plitələrlə örtülə bilər.
Giriş verilənləri
Giriş faylının ilk sətiri testlərin sayını göstərir. Daha sonra hər bir test üçün dörd ədəd t_w, t_h, w, h (1 ≤ t_w, t_h, w, h ≤ 10^9) verilir. Burada t_w, t_h — plitənin uzunluğu və eni, w, h — meydanın uzunluğu və eni.
Çıxış verilənləri
Hər bir test üçün ayrıca sətirdə "YES" yazın, əgər meydanı plitələrlə örtmək mümkündürsə, əks halda "NO" yazın.